Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanamsınən tərəfdardır və Risiyanın bu prosesəd rolunu qeyd edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vurğuıayıb.
"Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri, coğrafi və tarixi baxımdan Cənubi Qafqaz regionu ilə yaxından bağlı olan ölkə kimi Rusiya xüsusi rol oynayır”, - deyə E.Məmmədyarov Rusiyanın “Nezavisimaya qazeta” nəşrində iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyir.
E.Məmmədyarov qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğalı davam etdirməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsi regionda və bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhdid olan əsas amildir.
"Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarqsyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır", - deyə nazir məqalədə vurğulayıb.
O bildirib ki, Azərbaycan gərginliyi azaltmaq və regionda mehriban qonşuluq mühiti yaratmaq üçün xeyli səy göstərir.
“Rerrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan və Rusiya arasındakı birgə əməkdaşlıq regionda sabitlik və təhlükəsizliyə mühüm töhfədir”, - deyə E.Məmmədayrov məqalədə bəyan edib. **
R.Babayev