Rusiya prezidenti Vladimir Putin azərbaycanlı hımkarı İlham Əliyevi ii ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik edib. O, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafının hər iki ölkənin vətəndaşlarının əsaslı maraqlarına cavab verdiyinə əmin olduğunu bildirib.
“Əminəm ki, birgə səylərlə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlğı daha fəal inkişaf etdirəcəyik. Bu, vətəndaşlarımızın əsaslı maraqlarına cavab verir və Cənubi Qafqazda və ondan kənarda sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir”, - deyə V.Putinin Kremlin saytında dərc olunan təbrik məktubunda deyilir.
“Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlarasaı əməkdaşlıq qurulub. Ticari-iqtisadi, investisiya, elmi-tezniki və humanitar, vətəndaş cəmiyyəti institutları arasında əlaqələr genişlənir. Moskva və Bakı regional və qlobal gündəlik aktual məsələlərin həllində səylərini əlaqələndirir, beynəlxalq strukturlarda səmərəli qarşılıqlı fəaliyyət göstərir”, - deyə məktubda vurğulanır. **