SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin I rübündə qazma işlərinin həcmini ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 34,8% - 35,613 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“2017-ci ilin yanvar-mart aylarında SOCAR üzrə qazma işlərinin 33409 metri istismar, 2204 metri isə kəşfiyyat qazma işlərinin payına düşüb”, - deyə məlumatda qeyd olunur.
2017-ci ilin mart ayı ərzində SOCAR tərəfindən 17029 metr qazma işi həyata keçirilib. Bu sahədə görülmüş işlərin 14,825 min metri istismara, 2,204 min metri isə kəşfiyyata aid olub.
Birinci rübdə şirkətin qazma idarələri tərəfindən 17, həmçinin martda 4 quyu istismara verilib.
2016-cı ildə SOCAR üzrə qazma işlərinin həcmi 105,245 min metr təşkil edib.**
N.Abbasova