2017-ci ilin əvvəlindən Azərbaycana gələn əcnəbi turistlərin sayında artım müşahidə olunur. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
"Cari ilin yanvar-fevral aylarında Azərbaycana keçən ilin analoji dövrü ilə müqayisədə 12% daha çox xarici turist gəlib", - deyə o, bu gün komitənin iclasında "Turizm haqqında" qanun layihəsinin yeni redaksiyasının müzakirəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, turist axınının artması bu sahədə mövcud olan problemləri də üzə çıxardı.
"Turistlərin sayının artması martda da müşahidə olunurdu və bununla əlaqədar olaraq problemlər aşkar edilmişdi, bu problemlər, həmçinin gömrük xidmətinin iş qrafiki ilə də bağlı olub", - deyə H.Rəcəbli qeyd edib.
O vurğulayıb ki, qanunun qəbulu Azərbaycanda turizm sənayesinin inkişafını təmin edəcək.*
R.Babayev