Mədəniyyət və Turizm Nazirliyi ulduz kateqoriyalarının pozulmasına görə hotellər barədə cərimə sanksiyalarının tətbiqini zəruri hesab edir.
“Azərbaycanda hotellərə verilən ulduz kateqoriyalarına uyğun olmaması halında onlara qarşı cərimə sanksiyaları tətbiq etmək lazımdır”, - deyə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bu gün parlamentdə Əmək və sosial siyasət Komitəsinin “Turizm haqıında” qanunun müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu gün ölkədə 554 hotel qydiyyaya alınıb. “onlardean yalnız 130-u sertifikatlaşdırılıb. Onların ulduz kateqoriyasını yüksəltmələri mümkündür, lakin bununla əlaqədar sanksiyalar tətbiq edilmir. Ancaq bu zəruridir. Əgər bu standarta uyğun deyilsə, nə üçün 3 və ya 4 ulduzdan istifadə edirlər? Bununla bağlı cəırimələr tətbiq etmək lazımdır”, - deyə nazir müavini vurğulayıb. **
R.Babayev