Azərbaycan Peterburqla birgə layihələrin reallaşdırılması və irəli sürülməsində maraqlıdır. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Sergey Movçan ilə görüşdə bəyan edib.
“Azərbaycan ticari-iqtisadi əməkdaşlıq və ixrac məhsullarının reallaşdırılmasında perspektiv istiqamətlərdən biridir. Peterburq müəssisələri enerji maşınqayırması, qida sənayesi, əczaçılıq sənayesi sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır”, - deyə vitse-qubernatorun mətbuat xidməti S.Movçanın sözlərindən sitat gətirir.
O bildirib ki, Peterburq Xüsusi iqtisadi zonaya səfər zamanı Azərbaycanın nümayəndə heyəti şəhərin aparıcı əczaçılıq müəssislərinin nailiyyətləri ilə tanış olmaq imkanı əldə edəcək.
Öz növbəsində, S.Məmmədov qeyd edib ki, Azərbaycan Peterburqla birgə layihələrin reallaşdırılması və inkişafında maraqlıdır.
Görüşdə Azərbaycan tərəfindən müxtəli nazirlik və idarələrin nümayəndələri iştirak ediblər.
Aprelin 5-də Sankt-Peterburq Hökuməti və Azərbaycan Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komitəsinin ilk iclası keçiriləcək. **
A.Əzizov