2017-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın bank sektorunun xalis mənfəəti 50 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Bu dövrdə bankların faiz gəlirləri 348,8 mln. manat, həmçinin verilən kreditlər üzrə - 258,6 mln. manat təşkil edib.
İki ay ərzində bankların faizsiz gəlirləri 163,8 mln. manat olub.
Hesabat dövründə bankların faiz xərcləri 170,6 mln. manat, o cümlədən, depozitlər üzrə - 66,6 mln. manat olub. Bankların qeyri-faiz xərcləri 144,7 mln. manat təşkil edib.
Bütövlükdə, yanvar-fevral aylarında bankların xalis əməliyyat zərəri 197,3 mln. manat olub. Bundan başqa, bu dövrdə 143,6 mln. manat məbləği banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların formalaşmasına yönəldiblər.
Bankların vergiöncəsi mənfəəti 55,5 mln. manat, gəlirə vergi üzrə ödənişləri 5,5 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yekunları üzrə bankların ümumi xalis zərəri 1 mlrd. 667,6 mln. manat olub. **
A.Əzizov