28 fevral 2017-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 mlrd. 419,2 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə bankların aktivləri 31 mlrd. 439,5 mln. manat olub. Beləliklə, 2017-ci ilin yanvar-fevral ayları ərzində bankların aktivləri 3,2% azalıb.
28 fevral 2017-ci il tarixinə bankların kredit portfeli 15 mlrd. 395,9 mln. manat təşkil edir (azalma 3,4%).
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 2 mlrd. 646,6 mln. manat (yanvar-fevral aylarında artım 38,7%- İF) təşkil edir.
2017-ci il martın əvvəlinə bankların öhdəlikləri 27 mlrd. 772,7 mln. manat (yanvar-fevral aylarında azalma 6%), AMB qarşısında öhdəlikləri 865,5 mln. manat təşkil edir (azalma 48,95%).
28 fevral 2017-ci il tarixinə Azərbaycanda 32 bank fəaliyyət lisenziyasına malikdir. Hazırda ölkədə xarici kapitala malik 15 bank fəaliyyət göstərir.
Məlumatda qeyd olunur ki, 28 fevral 2017-ci il tarixinə bankların 563 filialı və 135 şöbəsi var.
“Azərbaycanın bank sektorunda 16,662 min nəfər çalışır”, - deyə məlumatda bildirilir.**
A.Axundov