Aprelin 6-7-də Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik məlumat verib.
«Bununla əlaqədar Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb Azərbaycana gəlib. Onun səfəri çərçivəsində biznes forum da keçiriləcək», - deyə İ.Kiverik bildirib.
Komissiyanın ikinci iclası 2014-cü il sentyabrın 29-30-da Tallində keçirilib.*
F.İsazadə