“Azərbaycan Dəmir Yolları” QSC 7 aprel 2017-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı “Ekspress” qatarını ləğv edir. Bu barədə QSC-dən məlumat verilib.
“İqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan,8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress”qatarı ləğv edilir”, - deyə məlumatda deyilir.
Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.
“Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur”, - deyə məlumatda qeyd olunur. **
N.Abbasova