Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə mqayisədə 20% - 905,3 mln. manatadək artıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 12%-ə yaxın artaraq 464,2 mln. manat təşkil edib. Fonda daxilolmaların 63,6%-i və ya 295,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin ilk rübünə nisbətən 11,2% və ya 30 mln. manat çox olmaqla, proqnozun 102,5% icra edildiyini göstərir, - deyə məlumatda deyilir.
DSMF-in 2016-cı il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 307,36 mln. manat məbləğində təsdiq edilib.
Aprelin 1-nə ölkə üzrə pensiyaçıların sayı 1 mln. 319 min nəfərə çatıb.
Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3% artaraq 1 aprel tarixinə 202,38 manata çatıb.
Həmçinin ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 44,9% təşkil edib. **
R.Babayev