2017-ci ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 6 mln. 481,809 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Mart ayında neft kəməri ilə 2 mln. 79,91 min ton neft daşınıb. Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2017-ci il aprel ayının 1-nə qədər 328 mln. 19,871 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, martda BTC neft kəməri ilə 17,471 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumata əsasən, cari ilin I rübündə Ceyhan neft terminalından 5 mln. 863,177 min ton, o cümlədən mart ayında 1 mln. 731,455 min ton, BTC-nin istismara verildiyi vaxtdan isə 325 mln. 697,776 min ton Azərbaycan nefti yola salınıb.
2016-cı ildə BTC kəməri ilə 28 mln. 862,673 min ton Azərbaycan nefti nəql edilib.*
N.Abbasova