Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Teruyuki Katorini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb”, - deyə məlumatda deyilir.
Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. **
F.İsazadə