İyun ayında Bakı, Ankara və Tbilisi arasında birgə hərbi təlimlər keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin “Qafqaz qartalı” adlanan ənənəvi üçtərəfli təlimlərini 4-14 iyun tarixlərində keçirməyi planlaşdırırıq. Təlimlər Gürcüstan ərazisində keçiriləcək”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, təlimlərdə üç ölkənin Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.*
F.İsazadə