Prezident İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Rusiya mətbuatının yaydığı məlumata görə, Stavropol vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti 6-8 aprel tarixlərində keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017" sərgisində iştirak etmək üçün Bakıya gəlib.
Qafqaz Mineral Suları regionunda fəaliyyət göstərən 20-dən artıq şirkət və sanatoriya-kurort təşkilatının iştirak edəcəyi sərgidə Stavropol vilayətinin kurort potensialı təqdim olunacaq.*
N.Abbasova