1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Bu barədə İsrailin Azərbaycandakı səfiri Dan Stav brifinqdə deyib.
“İsrail vətəndaşlığı da olan Lapşinin saxlanma şəraiti yaxşıdır. Heç bir şikayəti yoxdur”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, səfirliyin əməkdaşı mütəmadio bloger ilə görüşür və istintaqın gedişi ilə maraqlanır. **
F.İsazadə