Axtarış-xilasetmə Qərargahı dənizin “Pirsaat daş silsiləsi” ərazisində meyiti tapılan şəxsin 2016-cı il dekabrın 15-də “Səngəçal-Xərə-Zirə-Duvannı” yatağında estakadanın bir hissəsinin uçması nəticəsində itkin düşmüş neftçilərdən birinin meyitini aşkar etdiyini güman edir. Bu barədə Qərargahdan məlumat verilib.
“Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. **
N.Abbasova