Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.*
R.Babayev