2017-ci ildə Novruz bayramında Azərbaycana turist axını üç dəfə artıb. Bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bəyan edib.
“Martda Novruz bayramı dövründə Azərbaycana turistlərin sayı 2016öc ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb”, - deyə N.Bağırov “AITF-2017” sərgisi çərçivəsində “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xüsusilə, N.Bağırovun sözlərinə görə, bu dövr ərzində İrandan turist axının artması müşahidə olunur. “Əgər ötən il 4 minə yaxın Uran vətəndaşı Azərbaycana səfər edibsə, bu il onların sayı 12 minə çatıb. Bu, Azərbaycana hava nəqaliyyatı ilə gələn turistlərdir. Şəxsi avtomobil və ya reys avtobusları ilə Azərbaycana səfər edən iranlı turistlər var”, - deyə o vurğulayıb.
N.Bağırov bildirib ki, İranın Tehran, Məşhəd, Təbriz və Şiraza şəhərlərindən eyni zamanda Azərbaycana 80-ə yaxın birbaşa çarter reysi həyata keçirilib.
O həmçinin qeyd edib ki, bu günlərdə BƏƏ-dən turistlərin sayında artım müşahidə olunur. “Göründüyü kimi, 2016-cı ilin tendensiyası qorunub saxlanılıb. Lakin, qeyd etmək lazmdır ki, 2017-ci ildə BƏƏ-dən turistlərin sayı 2 dəfə artıb”, - deyə N.Bağırov əlavə edib.
Onun sözlərinə görə, 18-26 mart tarixləri arasında Bakı mehmanxanaları əcnəbi turistlər tərəfindən 100% bronlaşdırılıb. “Azərbaycanın regionlarında da analoji tendensiya müşahidə olunur. Bizdə olan məlumata əsasən, hotellərdə mömrələrin 80-90%-i regiondan asılı olaraq öncədən bronlaşdırlıb”, - deyə N.Bağırov vurğulayıb. **
F.İsazadə