2017-ci ildə Azərbaycan 6 min ədəd kənd təsərrüfatı texnikası almağı planlaşdırır. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bəyan edib.
“Bu il ölkəyə 6 min ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətiriləcək.Artıq bu texnikanın 5%-i respublikadadır.Bu məqsədlə dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, 2005-2017-ci illər ərzində “Aqrolizinq” ASC tərəfindən 29 min 123 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 1869 ədəd taxılyığan kombayn, 94 pambıqyığan maşın alınıb.
Bu il 1088 ədəd müxtəlif kənd təsərrüfatı texnikası kənd təsərrüfatı məhsulu istehsalçılarına lizinqə verilib.
Pambıqçılığın inkişafı və sahibkarların ttexnikaya olan tləbatını ödəmək məqsədilə bu il respublikaya 150 ədəd pambıqyığan maşının gətirilməsi nəzərdə tutulub. **
A.Əzizov