Bakı və Brüssel strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə növbəti danışıqların vaxtını razılaşdırır. Bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bu gün jurnalistlərə bildirib.
“Danışıqlara fevralın 7-də start verilib. Hazırda gələcəkdə keçiriləcək danışıqların növbəti mərhələsinin tarixini razılaşdırırıq”, - deyə M.Mard qeyd edib.
Onun sözlərinə görə, Brüssel və Bakı arasında ikitərfli siyasi, iqtisadi, ticari, mədəni, miqrasiya və digər əlaqələrin inkişafına dair konsensus əldə olunub. **
A.Əzizov