2017-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət dövriyəsinin təxminən 42%-i Aİ ölkələrinin payına düşüb. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Banayev jurnalistlərə bildirib.
“Aİ ölkələri Azərbaycanın əsas ticari tərəfdaşları olaraq qalırlar. Yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyəsinin təxminən 42%-i Aİ ölkələrinin payına düşüb. 2016-cı ilin yekunları üzrə bu göstərici 32% təşkil edib”, - deyə S.Babayev bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri də Azərbaycan iqtisadiyyatına əsas investorlardır. “Aİ ölkələrinin Azərbaycan iqtisadiyyatına ümumi investisiyaları $20 mlrd., həmçinin qeyri-neft sektoruna $3 mlrd. səviyyəsində qiymətləndirilir”, - deyə o vurğulayıb.
S.Babayev əlavə edib ki, 1992-ci ildən etibarən Aİ müxtəlif proqram və layihələri çərçivəsində Azərbaycana 582 mln. avro məbləğində vəsait ayırıb.
Öz növbəsində, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard qeyd edib ki, Azərbaycan həyata keçirilən tviniq-layihələrin sayına görə Şərq Tərəfdaşlığı ölkələri arasında liderdir.
“Həmin layihələrin nəticələri həm Aİ, həm də Azərbaycan üçün uğurlu olub. Bu, bütövlükdə tərəflər arasında əlaqələri möhkəmləndirməyə imkan yaradıb. Son 5 il ərzində Ai-dən olan 1 mindən artıq ekspert tvininq-layihələr üzərində çalışıb”, - deyə M.Mard vurğulayıb. **
F.İsazadə