Bakı Cibutiyə humanitar yardım göndərəcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək”, - deyə məlumatda bildirilir.
“AzərbaycanHava Yolları” QSC tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.*
R.Babayev