2017-ci ilin I rübündə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 396 mln. 643 min manat vergi ödəyib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22% çoxdur. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Mart ayında SOCAR tərəfindən dövlət büdcəsinə 133 mln. 985 min manat vergi ödənilib.
Yanvar-mart ayları ərzində şirkətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 36 mln. 268 min manat (artım 13,4%), martda 11 mln. 105 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 395,421 min manat vergi ödəyib.*
N.Abbasova