TAP boru kəmərinin İtaliya ərazisində tikinti işləri artıq başlayıb və davam etdiriləcək. Bu barədə Italiyanin Bakıdakı səfiriCiampaolo Kutillo bu gün jurnalistlərə bəyan edib.
Dünən Latsio Dairə Məhkəməsi Azərbaycanın təbii qazının İtaliyaya nəqli üçün nəzərdə tutulan TAP üzrə tikinti işləri məqsədilə Apuliya regionunda Melendunyo şəhərində 221 zeytin ağacının köçürürlməsinə dair İtaliya Ekologiya Nazirliyinin sərəncamının dayandırılması haqqında qərar qəbul edib.
Latsio İnzibati Məhkəməsi bununla Apuliya regionunun İtaliya Ekologiya Nazirliyinin sərəncamının ləğv olunmasına dair regionun hakimiyyətinin iddiasını təmin edib. Məhkəmənin qərarı ən azı aprelin 19-dək Melendunyoda qaz kəmərinin tikinti üzrə bütün ilkin işlər dayandırılır. Aprelin 19-da bu məsələyə məhkəmədə təkrar baxılacaq.
“Məhkəmədə həll olunması tələb edilən bir neçə inzibati məsələ var. Əminəm ki, həmin məsələlər öz həllini tapacaq. İtaliya ərazisində TAP-ın artıq başlanıb və davam etdiriləcək”, - deyə C.Kutillo bildirib. **
F.İsazadə