Mayın 25-də “Qala Sığorta” şirkətinin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Səhmdarlar 2016-cı il ərzində şirkətin maliyyə hesabatını təsdiq etməlidirlər”, - deyə şirkətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, 2016-cı ildə şirkətin sığorta haqları 4 mln. 642,398 min manat təşkile dib. Ötən ilin yekunları üzrə şirkətin xalis mənfəəti 226 min 641,32 manat təşkil edib.
2016-cı ildə şirkıtin aktivləri 26,9% - 10 mln. 984,784 min manatadək, məcmu kapitalı 23,3% - 7 mln. 890,828 min manatadək, öhdəlikləri 37,3% - 3 mln. 93,956 min manatadək, nizamnamə kapitalı 18,6% - 8 mln. 50 manatadək artıb. **
A.Əzizov