2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bəyan edib.
“Cari il prezident İlham Əliyev Ukraynaya səfər edəcək. Hazırda iki ölkənin Prezident Administrasiyaları xətti ilə səfərə hazırlıq işləri aparılır. Ukrayna Azərbaycan prezidentini qəbul etməyə hazırdır”, - deyə A.Mişenko bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər iki dövlətin liderlərinin müxtəlif idarələr üçün müəyyən etdikləri əməkdaşlıq istiqamətləri üzrə işlərin 75%ni tamamlayıblar.
A.Mişenko əlavə edib ki, Kiyev meri Vitali Kliçko yaxın zamanda Azərbaycana səfər edəcək. “Kliçko Bakı meriyasının dəvətini qəbul edib. Hazırda səfərin tarixi və gündəliyi üzərində iş aparılır”, - deyə səfir vurğulayıb. **
F.İsazadə