Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 10-da depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank aprelin 10-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə iyun ayında başlayıb.**
A.Əzizov