Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) İcraiyyə Komitəsinin 44-cü iclası 2018-ci ilin aprelində Bakıda keçiriləcək. Bu barədə BaşProkurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir.
“Aprelin 3-dən 5-dək Cənubi Koreya Respublikasının Busan şəhərində IAP İcraiyyə Komitəsinin 43-cü iclası keçirilib. Növbəti iclasın 2018-ci il aprelin 5-6-da Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, iclasda IAP-ın 22-ci İllik Konfrans və Ümumi Yığıncağının cari il sentyabrın 9-15-də Pekin şəhərində keçirilməsi qərara alınıb.
Tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev təmsil edib.*
A.Əzizov