2018-ci il yanvar ayından etibarən Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən daha 45 min müəllimin əmək haqları artırıla bilər. Bu barədə Təhsil Nazirliyinin İnsdan reusrsları şəbəsinin müdir müavini Eşqi Bağırov bəyan edib.
“Bu il 45 min müəllim diaqnostik qiymətləndirməyə cəlb olunacaq. Qiymətləndirmədən keçən müəllimlərin əmək haqları 2018-ci il yanvar ayından artırılacaq”, - deyə E.Bağırov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il 16-21 aprel tarixlərində Bərdə rayonunda qiymətləndirmə keçiriləcək. Burada həm Bərdə, həm də yaxınlıqdakı rayonların ümumtəhsil məktəblərinin müəllimləri iştirak edəcək.
Bunan başqa, 25-27 aprel tarixlərində Tovuz rayonunda həmin rayon və ətraf rayonların müəllimlərinin qiymətləndirməsi aparılacaq.
1-6 may tarixlərində Qax rayonu, 12-17 may tarixlərində isə Mingəçevirdə analoji tədbirlər həyata keçiriləcək. **
24-25 may tarixlərində Bakıda diaqnostik qiymətləndirmə keçiriləcək. **
F.İsazadə