Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin birinci rübündə dövlət büdcəsinə 549 mln. 793,38 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 31,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Bu ilin birinci rübündə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 381 mln. 779,89 min manat, aksizlər üzrə 13 mln. 388,37 min manat, yol vergisi üzrə 7 mln. 313,27 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 147 mln. 311,85 min manat məbləğində olub.
2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mlrd. 200 mln. manat həcmində proqnozlaşdırılır.**
N. Abbasova