Mərkəzi Seçki Komissiyası (MSK) iyun ayınadək ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmağı planlaşdırır. Bunu MSK sədri Məzahir Pənahov deyib.
“Hazırda Azərbaycanda 5 milyon 163 min 927 seçici var. Bu, keçən illə müqayisədə 36 min 816 nəfər çoxdur”, - deyə o, MSK-nın bu gün keçirilən iclasında bildirib.
Sədrin sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın sonuna qədər davam edəcək.*
R.Babayev