Vergilər Nazirliyi Bakıda «Shoping festival»in keçiriləcəyi 6 nöqtədə “Tax free” sisteminin tətbiqi üçün ƏDV kioskları quraşdırıb. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün jurnalistlərə bildirib.
«Shoping festival»a hazırlıq işləri tam başa çatıb. Alıcılara malların ƏDV üzrə qaytarılması üzrə proqram təminatı test rejimində artıq sınaqdan keçirilib. ƏDV üzrə qaytarılma prosesində tətbiq olunacaq 5 bank və 15 filial müəyyən edilib”, - deyə S.Ələkbərov vurğulayıb.
Onun sözlərinə görə, aksiz malları, avtomobil ehtiyat hissələri və bir sıra digər növ mallar üzrə “Tax free” çərçivəsində ƏDV üzrə qaytarılma nəzərdə tutulmayıb.
10 aprel-10 may tarxlərində Bakıda «Shoping festival» keçiriləcək. **
N.Abbasova