Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə bu ölkədə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.
“Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik”, - deyə dövlət başçısın saytında dərc olunan məktubda deyilir.
İ.Əliyev baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyib. **
A.Əzizov