Bazar ertəsi Bakıda Şopinq Festivalına start verilir.
“Bakı Şopinq Festivalı”na aprelin 10-da İçərişəhərin Qoşaqala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək”, - deyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Bakı Şopinq Festivalı”na aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək. Festival çərçivəsində Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçiriləcək.
Öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qeyd etdiyi kimi, festival çərçivəsində Azərbaycan vətəndaşları və əcnəbilər “Tax Free” sistemindən istifadə edə biləcəklər.
Onun sözlərinə görə, ƏDV-nın qaytarılması şoppinq-mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. “Nəzərə almaq lazımdır ki, “Tax-free” bütün mallara tətbiq olunmur. Qida məhsulları, zərgərlik məmulatları və aksiz mallar bu siyahıya daxil olmayacaq”, - deyə o qeyd edib.
Festivalla əlaqədar 102 ticarət obyekti “Tax-free” sistemində qeydiyyatdan keçib.
Azərbaycan 2017-ci ildə iki "Shoping festival"ın keçirilməsindən 50 mln. manat məbləğində gəklir əldə etməyi nəzərdə tutur. İkincisi festival oktyabr ayında planlaşdırılır.
Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, ƏDV-nin qaytarılması prosesində iştirak edəcək 5 bank və 15 filial müəyyən edilib. **
R.Babayev