Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə “Yehova şahidləri”nin tərəfdaşlarının fəaliyyətinin qarşısını alıblar. Bu barədə Komitədən məlumat verilib.
“Aprelin 9-daə hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib. Həyata keçirilmiş tədbirlər nəticəsində “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqət üzvlərinin qanunsuz toplantı keçirdikləri aşkar edilərək qarşısı alınıb”, - deyə məlumatda deyilir.
İki ünvanda 10-u azyaşlı uşaq olmaqla ümumilikdə 33 nəfər müəyyən edilib.
Həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib.
Fakt üzrə müvafiq araşdırma və təhqiqat tədbirləri davam etdirilir. **
F.İsazadə