“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Dubaya və əks istiqamətə uçuşlar üzrə yeni aksiya elan edib.
“Bakı-Dubay-Bakı istiqamətində aprelin 25-nə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 199 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir. Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması və soyuq və isti yeməklərin tam çeşidi daxildir”, - deyə məlumatda bildirilir.
AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A319 və Airbus A320 laynerləri ilə həyata keçirilir.*
N.Abbasova