İstirahət günlərində Mingəçevir şəhərində bir ailənin altı üzvü dəm qazından zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Mingəçevir şəhəri ərazisində şəhər sakini Fərid Əliyevin evində özü, arvadı Çinarə, oğlanları Yusif və Yunis, habelə qonaqları Günay Məmmədova və Mahir Süleymanov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər”, - deyə məlumatda deyilir. **
R.Babayev