Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatının inkişafını ölkə iqtisadiyyatının prioriteti adlandırıb.
“Sənaye və kənd təsərrüfatı sahələri prioritetdir. Rayonlarda sənaye zonaları yaradılır”, - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılması, eləcə də yeni zavodların istifadəyə veriləcəyi nəzərdə tutulur.
“Görüləcək işlər bu sahədə artıma səbəb olacaq”, – deyə İ.Əliyev qeyd edib.*
F.İsazadə