İtaliya Xarici İşlər Nazirliyinin baş katibi Elizabetta Belloniaprelin 11-də Azərbaycana işgüzar səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
Məlumata görə, E.Belloni Azərbaycan Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı siyasi dialoq, ikitərəfli əlaqələrin perspektivləri, energetika və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.*
F.İsazadə