Azərbaycanda 15 modul tipli məktəb inşa olunacaq. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Hazırda ölkərə modul tipli məktəb tikilir. Bundan başqa, daha 12 bu cür məktəb inşa olunur”, - deyə İ.Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, birinci rübdə ölkədə 13 müalicə müəssisəsi inşa edilib və ya əsalı təmir olunub.
Prezident 2017-ci ildə tikinti sektorunda müşahidə olunan canlanmanı qeyd edib. “Bakıda 300-dən artıq çoxmərtəbəli bina inşa edilir. Paytaxtın müxtəlif hissələrində yararsız vəziyyətdə olan, istismar müddəti bitən evlər sökülür”, - deyə İ.Əliyev qeyd edib ki, həmin evlərin sakinlərinə kompensasiya ödənilir və ya mənzil icarəsi üçün vəsait ayrılır.
Onun sözlərinə görə, ilk bu cür pilot layihə Sabunçu rayonunda reallaşdırılıb.
İ.Əliyev mikrorayonlarda yeni binaların inşası zamanı uşaq bağçaları ilə bağlı problemin həlli məıqsədilə birinci mərtəbələrdə uşaq bağçalarının yaradılmasını nəzərə almağı tapşırıb.
Dövlət başçısı vurğulayıb ki, “Sovetski” ərazisində yeni gözəl istirahət zonası yaradılacaq. **
R.Babayev