“Azersun Holding” Stavropol vilayətində ümumi sahəsi 100 hektar olan istixana kompleksi inşa etməyi planlaşdırır. Bu barədə Stavropol İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti vilayətin baş nazirinin müavini Andrey Murqi ilə holdinq rəhbərliyi arasında keçirilən görüşün yekunları üzrə məlumat yayıb.
"Tərəflər şirkət tərəfindən Stavropol vilayəti ərazisində 100 ha sahədə istixana kompleksinin tikintisi layihəsini nəzərdən keçiriblər. “Azersun Holding”in nümayəndə heyəti əməkdaşlıq şərtlərini dəqiqləşdirmək üçün yaxın vaxtlarda Stavropola səfər edəcək", - deyə məlumatda bildirilir.*