Azərbaycan ərazisində 33 aqroparkın yaradılmasına ümumi sərmayələr 1 mlrd. manat təşkil edəcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 mlrd. manat dəyərindədir”, - deyə İ.Əliyev bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident əlavə edib ki, bu aqroparklar təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək.
Dövlət başçısı qeyd edib ki, bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 mln. manat məbləğində güzəştli kreditlər veriləcək. **
A.Axundov