“PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ilin I rübündə sığorta haqqı yığımını 1,5 dəfə - 32,099 min manatadək artırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Cari ilin yanvar-mart aylarında şirkətin sığorta haqqı yığımı 50% artaraq 32,099 mln. manat təşkil edib”, - deyə məlumatda bildirilir.
I rübdə şirkətin ödənişləri 27% - 7,755 mln. manatadək artıb.
“PAŞA Həyat Sığorta" şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.*
A.Axundov