1 mart 2017-ci il tarixinə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 424,2 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il dekabrın 31-nə bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 971,2 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar-fevral aylarında kredit qoyuluşlarının həcmi 3,4% azalıb.
Cari ilin fevral ayında banklar kredit qoyuluşlarının həcmini 826,6 mln. manat və ya 5,1% azaldıb.
2016-cı ildə banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşları 24,5% azalıb.*
A.Əzizov