2017-ci ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə 10% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8% bahalaşıb.
Mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2% bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6% ucuzlaşıb.
Ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində ucuzlaşma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində bahalaşma müşahidə olundu.
Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti bahalaşıb. **
N.Abbasova