Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişləndiriməsini zəruriliyini vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bu gün N.Patruşevi qəbul edib. Bu barədə DTX-nin mətbuat xidməti məlumat verib.
N.Patruşev xalqlarımızın tərəqqisi naminə Rusiya və Azərbaycan dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Öz növbəsində, M.Quliyev ölkədə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf və bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verdi.
Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair digər məsələlər barədə fikir mübadiləsi aparıldı. **
F.İsazadə