Aprelin 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
“Nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Görüşdə, həmçinin Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.*
F.İsazadə