Seul Bakı ilə tikinti, enerji infrastrukturu, nəqliyyat sahələrində ikitərəfli strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir. Bu barədə Koreya Respublikası prezidentinin vəzifəsini müvəqqəti icra edən və baş nazir Hvan Kyoan qeyd edib.
“Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və mədəni mübadilənin daha da genişlənəcəyinə ümid edirəm”, - deyə H.Kyoanın Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubunda qeyd olunur.
Xüsusilə, Seul Neft-kimya Kompleksinin tikintisi daxil olmaqla, enerji infrastrukturu, nəqliyyat və telekommunikasiya kimi müxtəlif sahələrdə ikitərəfli strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir. **
R.Babayev