Azərbaycan, Gürcüstan, Qazaxıstan və Qırğızıstan dəmir yolu idarələrinin başçıları Ukraynaya Transxəzər marşrutu çərçivəsində birgə müəssisə yaratmağı təklif edirlər. Bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
Ukraynanın baş naziri Vladimir Qroysman bu gün Transxəzər regionunun dəmir yolu idarələrinin başçıları ilə görüş keçirib.
Ukrayna özünün tranzit potensialı çərçivəsində yeni nəqliyyat dəhlizlərinin yaradılmasında iştiraka hazırdır. O cümlədən, Orta Asiyadan Gürcüstan və Azərbaycan vasitəsilə Avropa istiqamətində Cənub-Qərb istiqamətində yaradılan mövcud marşrutlara qoşulmağa artıq hazırdır.
V.Qroysman vurğulayıb ki, GUAM ölkələri və Orta Asiyada Ukraynanın tərəfdaşları ilə nəqliyyat sahısində əməkdaşlıq hökumətin, həm də tərəfdaş dövlətlərin hökumətlərinin prioritetidir.
V.Qroysman baş nazirin müavini Vladimir Kistiona birgə fəaliyyətin yol xəritəsini hazırlamağı və konkret qərarlar qəbul etməyi tapşırıb. **